“Sağ qaldığım üçün üzr istəyirəm” - Güllələnən Baş nazir

 23:22 09.07.2024     314

Slovakiyanın Baş naziri Robert Fitso vəzifəsinə qayıdıb.

Redaktor.az xəbər verir ki, hökumət başçısı bu barədə “X”də paylaşım edib.

“Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım”, - Fitso qeyd edib.

Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub.

Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.