Çində inflyasiya proqnozlara uyğun gəlmədi

 12:40 10.07.2024     354

İyunun sonunda Çində inflyasiya illik bazda 0,2% təşkil edib. Bu, mart ayından bəri ən aşağı göstəricidir.

Redaktor.az bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin (SSA) hesabatına istinadən xəbər verir.

Nəticə analitiklərin proqnozlarına uyğun gəlməyib. Ekspertlər istehlak qiymətlərindəki artımın may ayında 0,3%-dən iyunda 0,4%-ə yüksələcəyini gözləyirdilər.

Aylıq artımın ən yüksək olduğu ölkə isə müvafiq olaraq 1,7% və 1,5% ilə Çində təhsil və tibb xidmətləri olub. Geyim qiymətləri də nəzərəçarpacaq dərəcədə artıb (+1,5%).

Eyni zamanda, nəqliyyat xidmətlərinin qiyməti 0,3% ucuzlaşıb. Ərzaq xərcləri yüzdə 2,1 azalıb.

Sevinc İBRAHİMZADƏ