İtaliya gələn il Kiyevə ayıracağı yardımın həcmini açıqladı

 13:19 10.07.2024     277

NATO-nun Kiyevə verməyi planlaşdırdığı 40 milyard dollarlıq maliyyə yardımında İtaliyanın payı 1,7 milyard dollar olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son iki ildə hakimiyyətin Ukraynaya təxminən 1,2 milyard avro ayırdığını nəzərə alsaq, bu həcm İtaliya büdcəsi üçün “əhəmiyyətli çəkiyə” çevriləcək. Buna əsaslanaraq, gələn il üçün yardımın “hüquqi və iqtisadi baxımdan” məcburi olmasına baxmayaraq, Ukraynaya dəstək üçün İtaliya xərclərinin artırılması təxminən 400 milyon avro təşkil etməlidir.

Sevinc İBRAHİMZADƏ