İraqda üç PKK terrorçusu məhv edildi

 13:44 10.07.2024     291

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat zamanı PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə bölgədə terrorçulara qarşı əməliyyatları ardıcıllıqla davam etdirir.