İranın yeni Prezidenti bu tarixdə and içəcək

 14:04 10.07.2024     272

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.

Redaktor.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusefi deyib.

Onun sözlərinə görə, yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.