Çin Türkiyədə 5 min yeni iş yeri AÇACAQ

 16:59 10.07.2024     342

Çinin BYD şirkəti Türkiyədə 1 milyard dollarlıq bir müəssisə quracaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, Türkiyə hökuməti ilə “yeni enerji” avtomobillərinin (elektrikli avtomobillər və hibridlər) istehsalı üçün müəssisənin yaradılmasına dair razılıq əldə olunub. Plana görə, obyekt 2026-cı ildə açılacaq, beş min yeni iş yeri açılacaq və ildə 150 ​​minə qədər avtomobil istehsal edə biləcək. O, həm Türkiyədə, həm də xaricdə, o cümlədən Avropada satışa çıxarılacaq.

Sevinc İBRAHİMZADƏ