Kanada Ukraynaya hərbi yardım paketi verəcək
Kanada rəsmiləri Ukraynaya 367 milyon dollar hərbi yardım paketi verməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "National Post" məlumat yayıb.
Qeyd edilib ki, yeni yardım paketi Vaşinqtonda keçiriləcək NATO sammitində Kanadanın baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.
Məlumata görə, Trüdo ABŞ-də Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsən görüşməlidir.