Həddindən artıq isti hava 27 nəfərin CANINI ALDI
Ötən həftə ABŞ-nin bir çox ştatlarında həddindən artıq istilər nəticəsində azı 27 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, ABŞ-də Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq isti dalğasından əziyyət çəkir.
Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərir, xüsusən də ABŞ-nin qərbində rekord temperatur müşahidə olunur.
İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıb.
Səhiyyə mütəxəssisləri həddindən artıq istilər nəticəsində dünyasını dəyişən 27 nəfərdən bəzilərinin yaşı 65-dən yuxarı olsa da, həyatını itirənlər arasında gənclərin də olduğuna diqqət çəkib.
Sevinc İBRAHİMZADƏ