Hava limanında onlarla reys təxirə salındı
Siciliyadakı Etna dağının kül püskürməsi səbəbiylə Kataniya hava limanında onlarla reys təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, gün sonuna qədər fasilələr ola bilər, lakin hava limanı hələ də açıqdır. Bəzi təyyarələr Palermoya enmək üçün yönləndirilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən artdığını təsdiqləyib.
Qeyd edək ki, Etna İtaliyanın Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. Bu, Avropanın ən yüksək aktiv vulkanıdır. Etnanın maksimum hündürlüyü aradan çıxan püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanıdır.
Sevinc İBRAHİMZADƏ