"Lada" avtomobillərinin qiyməti BAHALAŞACAQ

 19:02 11.07.2024     373

"Payızda "Lada" avtomobillərinin qiymətləri arta bilər".

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "AvtoVAZ" nümayəndəsi Sergey İlinski məlumat verib.

Onun sözlərinə görə, indeksasiya ya avqustda, ya da sentyabrda baş verə bilər. Bununla belə, qiymət artımı çox güman ki, "Lada" modellərinin əsas, ən sərfəli versiyalarına təsir etməyəcək. O da qeyd olunur ki, ilin əvvəlindən "Lada"nın qiymətləri orta hesabla 2,9 faiz artıb.

Yusif EYVAZLI