Bu ölkələr Kiyevi dəstəkləməyə davam edəcək

 21:18 11.07.2024     312

Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərini vəd ediblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Vaşinqtonda NATO sammiti çərçivəsində Asiya-Sakit okean regionunun dörd ölkəsinin liderləri ilə görüşündən sonra Ağ Evin bəyanatında deyilir.

Prezident Co Bayden NATO sammiti çərçivəsində Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol, Yaponiyanın Baş naziri Fumio Kişida, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson və Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri ilə görüşüb. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə qərarlıdırlar və onların hər biri Ukraynanı dəstəkləməkdə davam edəcəklərinə söz veriblər

Yusif EYVAZLI