"Dünya yalnız nüvə silahı olmadan təhlükəsiz ola bilər"

 22:11 11.07.2024     376

BMT hesab edir ki, yalnız bütün nüvə silahlarını məhv etməklə dünya özünü nüvə təhlükəsindən qoruya bilər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz hər kəsə xatırladırıq ki, baş katibin mövqeyi ondan ibarətdir ki, özümüzü nüvə silahlarından qorumağın yeganə yolu nüvə silahı olmayan dünyada yaşamaqdır", - Düjarrik suala cavab verib.

Yusif EYVAZLI