Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağı planlaşdırır

 09:09 12.07.2024     268

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Hazırda ŞƏT-də müşahidəçi olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır”, - Türkiyə lideri bildirib.