Dünyada əhalinin sayının artımı bu tarixdə DAYANACAQ
BMT qlobal əhali artımı proqnozuna yenidən baxıb. Analitiklərin hesablamalarına görə, 21-ci əsrdə pik həddə çatma ehtimalı 30 faizdən 80 faizə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir.
Yenilənmiş proqnoz zirvənin 2080-ci illərin ortalarında olacağını göstərir. O vaxta qədər planetdəki insanların sayının indiki 8,2 milyarddan 10,3 milyarda yüksələcəyi gözlənilir. Mütəxəssislər bundan sonra artımın dayanacağını, əhalinin hətta bir qədər də azalacağını bildirir.
BMT onu da qeyd edir ki, bəzi ölkələrdə artımın pik həddi artıq keçib. Bunlara Rusiya, Almaniya, Çin və Yaponiya daxildir.
Sevinc İBRAHİMZADƏ