Ermənistanın vitse-spikeri Rusiyanı HƏDƏLƏDİ

 15:03 12.07.2024     393

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu vitse-spiker jurnalistlərin sualını cavablandırarkən deyib.

“Ermənistan və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər hakimiyyət tərəfindən ölkənin maraqlarına naminə həll edilir”, - A.Arşakyan qeyd edib.