İkinci debatda Trampa uduzan Baydenin qərargahında çaxnaşma YARANDI

 19:21 12.07.2024     448

Demokratların seçki qərargahından verilən məlumata görə, son iki həftə yenidən seçilmək istəyən ABŞ prezidenti Co Bayden üçün çox pis olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı Baydenin seçki kampaniyasının sədri Cen O'Malley-Dillon bildirib ki, respublikaçı Donald Trampla teledebatdan sonrakı iki həftə “çox çətin” olub.

"Açığı, deyərdim ki, bu, çox pis həftələr oldu",- deyə "Axios" kampaniyanın sədrindən sitat gətirir.

O'Malley-Dillon hazırkı prezidentə dəstəyin azaldığını göstərən ictimai rəy sorğularının nəticələrinin səhvlə əlaqələndirilə biləcəyinə əmin olduğunu bildirib. O, qərargahın işçilərini Baydenin seçki yarışından mümkün geri çəkilməsi ilə bağlı şayiələrə əhəmiyyət verməməyə çağırıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.

Sultan AYXAN