Bayden İsrail və HƏMAS-ın Qəzzada atəşkəsə razılaşdığını bildirdi
"İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden X-də (keçmiş Twitter) müvafiq bəyanat yayıb.
"Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün sövdələşmənin əldə edilməsi üçün hərtərəfli prinsiplər irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb. Komandam irəliləyir və mən bunu görməyə sadiqəm".
İyulun 3-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti vasitəçilər vasitəsilə Həmas nümayəndələrinin girov müqaviləsinə reaksiyasını aldıqlarını və öz cavablarını hazırladıqlarını açıqlayıblar. Ertəsi gün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzzadakı vəziyyətin həlli variantları ilə bağlı Misir, Qətər və Türkiyə ilə məsləhətləşmələr apardığını elan edib.
Yusif EYVAZLI