ABŞ Gürcüstana yardımı dondurur
Amerika Birləşmiş Ştatları, "Noble Partner 2024" hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasından sonra respublikaya yardımı dondurub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu gürcü jurnalistlərə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.
“ABŞ Gürcüstana yardımı dondurub, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb”, - deyə Zeya bildirib.
Yusif EYVAZLI