Belarus və Rusiya Baltikyanı dövlətlərlə müharibəyə başlaya bilər

 20:05 13.07.2024     377

“Belarus bu ölkədə yaşayan polyakların etirazlarını alovlandıraraq, vəziyətdən istifadə edib Baltikyanı dövlətlərə qarşı müharibəyə başlaya bilər”.

Redaktor.az-ın xəbərinə görə, bu iddia ilə “Bild” telekanalının efirində Avstriyalı politoloq Qustav Qressel çıxış edib.

O bildirib ki, adı çəkilən ölkələrin 7 il əvvəl keçirdiyi “Qərb-2017” təlimləri antiterror və ya müdafiə xarakterli olmayıb, məhz bu ssenariyə hazırlıq xarakteri daşıyıb.

Ekspertin sözlərinə görə, başlanması ehtimalı yüksək olan bu müharibəyə sonradan Rusiya da qoşulacaq.

Q. Qressel sonda 2000-сil, yanvarın 26-da Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqavilənin imzalandığını da xatırladıb.