Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirdi

 21:03 13.07.2024     447

“Bizim konkret işimizdən sonra ukraynalılar silahlı qüvvələrini və bizim sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxardılar və ümumiyyətlə Belarus-Ukrayna sərhəd zonasından geri çəkildilər”.

Redaktor.az xəbər verir ki, bunu Belarusiya prezidenti Aleksandr Lukoşenko mətbuata açıqlaması zamanı deyib.

O həmçinin hazırda ukraynalılarla heç bir problemləri olmadığını və heç vaxt olmayacağına da ümid etdiyini söyləyib.

O, gərginliyin aradan qaldırılmasından və qoşunların Ukrayna tərəfdən çıxarılmasından sonra qoşunların cənub sərhədlərindəki daimi dislokasiya yerlərinə çıxarılması əmrini verib.

Lukoşenko “Heç bir lüzumsuz hadisə olmamalıdır”, - deyərək sözlərini sönlandırıb.