Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular MƏHV EDİLDİ

 11:55 14.07.2024     470

Türkiyədə Jandarma və Polisin Mardin vilayətinin Dargeçit çölündə həyata keçirdiyi "BOZDOĞAN-50" əməliyyatında 2 terrorçu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin məlumatına görə, terrorçulardan birinin "2024-cü ilin avqust ayında Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarılanlar siyahısı"nda qırmızı bülletenlə axtarılan Herekol (K) adlı Taner Öğmen olduğu müəyyən edilib. Digər terrorçunun müəyyənləşdirilməsi işləri davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən