Belarusun baş naziri Venesuelaya GETDİ

 10:06 15.07.2024     229

Belarusun baş naziri Roman Qolovçenko Venesuelaya rəsmi səfərə gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlıq münasibətlərini gücləndirməkdir. Qolovçenko səfər çərçivəsində Venesuelanın icra və qanunverici orqanlarının yüksək vəzifəli nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Venesuela ilə Belarus arasında 1997-ci ilin fevralında diplomatik əlaqələr qurulub. Son illərdə onlar enerji, kənd təsərrüfatı, ticarət, neft-kimya sektoru, hava nəqliyyatı, təhsil, səhiyyə, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Türkan İSGƏNDƏRLİ