Günəşdə yayın ən güclü partlayışı BAŞ VERDİ

 21:21 16.07.2024     454

2024-cü ilin yayında ən güclü alışma Günəşdə baş verib. 

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki , bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

“İki gündə ən yüksək X səviyyəli ikinci məşəl Günəşdə qeydə alınıb. Məşəl bu tsikldəki rekord hadisədən - mayın 14-də baş vermiş "X8.7" alışmasından təxminən dörd dəfə zəifdir, lakin buna baxmayaraq, bütün yay dövrü üçün Günəşdə ən böyük hadisəyə çevrilib”, - alim bildirib.

Boqaçevin sözlərinə görə, iyulun 12-də günəş aktivliyi artmağa başlayıb. Dörd gün ərzində ondan çox M səviyyəli məşəl (günəş hadisələrinin beş güc səviyyəsindən dördüncüsü) və ən yüksək dərəcəli X məşəllərindən ikisi olmuşdur.

Alim qeyd edib ki, fenomenin nəticələri günün sonuna qədər müşahidə olunacaq. Bununla belə, Yerə doğru günəş kütləsi emissiyaları haqqında hələ heç bir məlumat yoxdur.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən