Dünyanın sürəti AZALIR
Alimlərin araşdırmalarına görə, iqlim dəyişikliyi Yerin fırlanma sürətinə də təsir edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Məlumata görə, 1900-2000-ci illər arasında Yerin fırlanma sürəti 0,3-1 millisaniyə azaldığı halda, 2000-ci ildən sonra bu sürət 1,3 millisaniyəyə yüksəlib.
Buna səbəb yüksək temperatura görə buzlaqların sürətlə əriməsi və su səviyyəsinin qalxmasıdır. Bu da Yerin ağırlaşmasına səbəb olur və onun fırlanma sürəti yavaşlayır.
Nəticədə günlər uzanır gecə və gündüz bərabərləşir.
Türkan İSGƏNDƏRLİ