Ermənipərəst senatora 222 il həbs cəzası VERİLDİ
Məhkəmə münsiflər heyəti ABŞ senatoru Robert (Bob) Menendesə 222 il cəza verib.
Redaktor.az xəbər verir ki, senator federal korrupsiya ilə bağlı bütün ittihamlar üzrə təqsirləndirilib.
Məlumata görə, Menendes 9 həftə davam edən məhkəmə prosesinin nəticəsi olaraq rüşvət almaq, istintaqa təzyiq göstərərək ədalət mühakiməsinə mane olmaq və xarici ölkə üçün fəaliyyət göstərmək kimi 16 ayrı ittiham üzrə cəza alıb.
70 yaşlı senatoru təqsirli sayılan maddələrin hər birinə görə 20 ilə qədər həbs cəzası gözləyir.
O, münsiflər heyətinin qərarından çox məyus olduğunu bildirib.
Türkan İSGƏNDƏRLİ