250 min uşaq peyvənd OLUNACAQ

 10:29 17.07.2024     296

Cənubi Sudanda 250 min uşaq malyariya epidemiyasına qarşı peyvənd ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Sudan Səhiyyə Naziri Yolanda Awel Denq açıqlayıb.

O, malyariya epidemiyasına qarşı istehsal edilən "R21/Matrix-M" adlı yeni peyvəndin mübarizədə istifadə olunmağa başlanılacağını bildirib.

"Malyariya ölkəmiz üçün böyük bir narahatlıq mənbəyidir. Biz malyariyanın təsirini azaltmaq və uşaqlarımızın sağlamlıq problemlərini həll etmək istəyirik", - nazir deyib.

Qeyd edək ki, 5 yaşdan kiçik olanlar peyvənd ediləcək. 

Türkan İSGƏNDƏRLİ