Almaniya Ukraynaya hərbi yardımını AZALDACAQ
Almaniya Nazirlər Kabineti 2025-ci ildə Ukraynaya hərbi yardımı iki dəfə azaltmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Ukraynaya ayrılan büdcə daha az olacaq: nazirlər Kiyevə hərbi yardımı 2024-cü ildəki 8 milyard avrodan 2025-ci ildə 4 milyard avroya qədər azaldacaqlar.
Qeyd edilib ki, Almaniya hökuməti bununla da bütün gücü ilə büdcə kəsirini bağlamağa çalışır. Onlar həmçinin əlavə ediblər ki, azalma həm də NATO-nun müdafiəsinə xərclərin artması ilə bağlıdır.
Sevinc İBRAHİMZADƏ