Yunanıstana qanunsuz keçmək istəyənlər SAXLANILDI
Türkiyənin Ədirnə bölgəsində qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 7 immiqrant saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, onlar Misir və Fələstin milliyyətli olublar, immiqrantlar əməliyyatlarının ardından Ədirnə İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Sevinc İBRAHİMZADƏ