Bu ölkədə vəba emidemiyası yayıldı - 103 nəfər ÖLDÜ

 16:12 17.07.2024     387

Qərbi Afrika ölkələrindən olan Nigeriyada 7 ayda vəba epidemiyası səbəbilə 103 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə açıqlamasında bildirib.

Vəba epidemiyası ölkənin 34 əyalətinin 187 bölgəsinə, eləcə də paytaxt Abucaya yayılıb. Bu bölgələrdə 7 ayda 3 min 623 vəba hadisəsi görülüb, epidemiya səbəbindən 103 nəfər həyatını itirib.

O qeyd edib ki, yağışlar su ilə bulaşan xəstəliklərin yayılmasına təsir edərək həm suyun keyfiyyətinə, həm də mövcudluğuna təsir edib.

İdris ölkənin təkcə vəba epidemiyası ilə mübarizə aparmadığını, həmçinin sarı qızdırma, Lassa qızdırması və meningit kimi digər təhlükəli xəstəliklərin də artdığını bildirib.

Xatırladaq ki, iyunun 26-da vəba epidemiyası səbəbilə ölkədə "fövqəladə vəziyyət" elan edilib.

Qeyd edək ki, Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Sevinc İBRAHİMZADƏ