Çexiyanın Parisdəki səfirliyini yanğın bürüdü

 21:41 17.07.2024     358

Çexiyanın Parisdəki səfirliyində yanğın baş verib və səfirliyin bütün əməkdaşları təxliyə edilib.

Redaktor.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə "CT24" telekanalı məlumat yayıb.

“Yanğın olduğunu təsdiqləyə bilərik. Heç kim xəsarət almayıb”, - Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Drake mediaya şərhində bildirib.

Alov səfirliyin əsas binasını bürüyüb, lakin fövqəladə hallar xidməti binanı mühafizə edib və hazırda dəymiş ziyanı qeydə alır. Yanğının səbəbi müəyyən edilməyib.

Yusif EYVAZLI