Ərdoğan Şimali Kiprə gedir

 22:08 17.07.2024     371

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə liderinin nümayəndə heyətinin tərkibində TBMM sədri Numan Kurtulmuş, kabinet üzvləri, həmçinin siyasi partiya nümayəndələri və bir çox millət vəkilləri iştirak edəcək.

Rəsmilərin “Kipr Barış Əməliyyatı”nın 50-ci ildönümü münasibətilə səfər edəcəyi vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən