Bu tarixdən sonra doğulanlar siqaret ALA BİLMƏYƏCƏKLƏR
İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edir. Plana görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan heç kim qanuni olaraq tütün ala bilməyəcək.
Redaktor.az xəbər verir ki, siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə keçmiş kansler Rişi Sunak irəli sürsə də, yeni kansler Keir Starmer bunu qanuniləşdirməyə söz verib.
İslahatlar qanuni siqaret çəkmə yaşının tədricən artırılmasını və gələcək nəslin siqaret almasını qadağan etməyi əhatə edir.
Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək. Eyni zamanda elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq.
İngiltərə kralı Çarlz da bu planı dəstəkləyib.
Qeyd edək ki, Sunak tərəfindən ilk dəfə təqdim edildikdə, qanun layihəsi bütün partiyaların dəstəyini aldı və nəslin ən böyük ictimai səhiyyə qanun layihəsi adlandırıldı. Qanunvericilər apreldə qanun layihəsinin lehinə 67 əleyhinə 383 səslə səs veriblər. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edilib.
Sevinc İBRAHİMZADƏ