Orduda iqtisadi böhrana görə əsgərlər məzuniyyətə GÖNDƏRİLDİ
Danimarka Müdafiə Komandanlığı iqtisadi böhran səbəbilə əsgərlərə 2 həftəlik məzuniyyət verib.
Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyinin Daşınmaz Əmlak Agentliyi maliyyə problemini təsdiqləyib
Məlumata görə, kazarmalarda printer kağızı, yazı qabları və təmizlik məhsulları almaqda çətinlik çəkilir.
Nəticədə orduda böyük xərclərin azaldılması qərarı qəbul edilib. Hətta 2 NATO təlimində iştirakı ləğv edilib.
Bildirilib ki, 1-ci Briqada noyabrda Dinamik Cəbhə artilleriya təlimini və ehtiyat bölmələr üçün seminar, 2-ci briqada isə payızda keçiriləcək NATO təlimində iştirak etməyəcək.
Türkan İSGƏNDƏRLİ