Aldığı bütün lotereya biletləri UDUŞLU ÇIXDI

 11:42 18.07.2024     376

ABŞ-nin Virciniya ştatında yaşayan qadın aldığı 6 lotereya bileti alıb və ümumilikdə 180 min dollar varlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Latoya Burke adlı qadın şansını sınamaq istəyib, buna görə də altı  ədəd eyni lotereya bileti alıb. Onların hamısı uduşlu olub. Qadın uduşunu nəyə xərcləməyi planlaşdırdığını açıqlamayıb.

Sevinc İBRAHİMZADƏ