İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vuruldu
İraqda ABŞ qüvvələrinin yerləşdiyi "Ayn əl-Əsəd" hərbi hava bazası kamikadze pilotsuz uçuş aparatları ilə vurulub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
"İyulun 16-da iki kamikadze pilotsuz uçan aparat İraqdakı "Ayn əl-Əsəd" bazasında Amerika və koalisiya qüvvələrinə hücum edib. Bir PUA uğurla məhv edilib, ikincisi bazaya çatıb, lakin minimal ziyan vurub", - o deyib.
Yusif EYVAZLI