6,0 bal gücündə ZƏLZƏLƏ OLDU
ABŞ-nin Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə olduğu bildirilib. Təxminən 41 kilometr yerin altında olan zəlzələnin maqnitudası 6.0 olub.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Sevinc İBRAHİMZADƏ