21-ci əsrdə yaşayan qəbilələr KİMLƏRDİR?

 11:44 19.07.2024     365

Peruda dünya ilə heç bir əlaqəsi olmayan qəbilənin ilk dəfə fotosu çəkilib.

Redaktor.az xəbər verir ki, görüntülər yerli xalqların hüquqlarını müdafiə edən "Survival International" təşkilatı Amazon meşələrində yerləşən və 50-dən çox yerli əhalinin yaşadığı "Mashca Piro" yerli qəbiləsi Las Piedras çayının kənarında çəkilib.

"Mashco Piro" yer üzündəki ən introvert qəbilələrdən biridir. Madre de Dios bölgəsindəki qəbilə üzvləri indiyə qədər heç vaxt xarici dünya ilə əlaqə saxlamayıblar.

Onlar tropik meşələrin məhv edilməsindən əziyyət çəkə bilərlər. Qəbilə xalqının Braziliya sərhədini keçə biləcəyi müəyyən edilib və yerli qəbilələrin yaşadığı bölgələrdə təbii qaz və neft layihələrinin inşası səbəbiylə yeni ərazilərə köç edə biləcəkləri də bildirilib.

Qeyd edək ki, ilk dəfə 2010-cu ildə görülən "Maschco Piro" qəbiləsi ilə əlaqə tamamilə qadağandır. Qəbilə üzvlərinin immun sistemlərinin müasir dünya xəstəliklərinə qarşı davamlı olmadığı və bu səbəbdən təmasların qadağan edildiyi öyrənilib.

Sevinc İBRAHİMZADƏ