Şimali Koreya lideri Rusiya hərbi heyəti ilə GÖRÜŞDÜ
Şimali Koreya lideri Kim Çen In Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti ilə görüşüb.
Redaktor.az "Koreyanın səsi" dövlət radiostansiyası bildirib.
Radiostansiyanın məlumatına görə, görüşdə qarşılıqlı təhlükəsizliyin dəstəklənməsi məqsədilə Koreya Xalq Demokratik Respublikası ilə Rusiya Federasiyası arasında hərbi əməkdaşlığın zəruriliyi müzakirə olunub.
Kim Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya ilə həmrəy olduğunu vurğulayıb. O, ölkənin suveren hüquqlarının və təhlükəsizliyinin müdafiəsi üçün ədalət uğrunda mübarizə aparan Rusiya Silahlı Qüvvələrinə dəstəyini ifadə edib.
Türkan İSGƏNDƏRLİ