İntihardan vaz keçdi, evi PARTLADI
Yaponiyada mənzildə qazla intihar etmək istəyən şəxs partlayışa səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.
Belə ki, o, intihar etmək üçün əvvəlcə qazı açıb, daha sonra imtina edib və siqaret yandırmaq qərarına gəlib. Nəticədə 15 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində güclü partlayış baş verib.
Partlayış səbəbindən 8 nəfər yaralanıb. 40 yaşlarında olan kişi polislər tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Türkan İSGƏNDƏRLİ