Sularda virus AŞKARLANDI
Qəzza zolağında çirkab sulardan götürülən nümunələrdə poliomielit xəstəliyinə səbəb olan virus aşkar edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu sağlamlıq üçün ciddi fəlakətlərə səbəb olacaq. Bu sular infrastrukturun dağıdılması nəticəsində məcburi köçkünlərin çadırları arasında və rayon sakinlərinin məskunlaşdığı yerlərdə axır.
Ölkədə suyun qıt olduğuna və kanalizasiya suları ilə çirkləndiyinə, tonlarla zibilin yığıldığına diqqət çəkilərək, İsrail təcavüzünün dərhal dayandırılması, təmiz su ilə təmin edilməsi, kanalizasiya xətlərinin təmiri və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılması çağırışı edilib.
Türkan İSGƏNDƏRLİ