NATO həddini AŞIR

 17:09 19.07.2024     358

NATO Rusiya-Çin münasibətlərinə əsassız şəkildə müdaxilə etməklə öz səlahiyyətlərini aşır.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian NATO-nun Çinin Avropadakı əmlakını ələ keçirməsi istəyini şərh edərkən deyib.

"Bu NATO-nun öz səlahiyyətlərini genişləndirmək, sərhədləri keçmək və bloklarla qarşıdurmada iştirak etmək istəyini göstərir. Rusiya ilə Çin arasında münasibətlər bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəflərə təcavüz etməmək prinsiplərinə əsaslanır. Çin-Rusiya iqtisadi əməkdaşlığı hər iki tərəfin maraqlarına cavab verir. Alyansın Çin-Rusiya əməkdaşlığını pozması tamamilə əsassızdır, bütün tərəflər buna qəti şəkildə qarşı çıxmalıdır", - Lin Jian deyib.

Türkan İSGƏNDƏRLİ