Rusiya Finlandiya ilə sərhədi POZDU

 19:42 19.07.2024     389

Finlandiyada Şimali Kareliya sərhədçiləri Pixayarvi gölündə Rusiya ilə sərhəd pozuntuları ilə bağlı araşdırma elan ediblər.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın sərhəd mühafizəsinin rəsmi saytında məlumat verilib.

“İyulun 19-da Şimali Kareliyanın sərhədçiləri Pixayarvi gölündə Rusiya-Finlandiya sərhədini keçən motorlu qayıq aşkar ediblər. Sərnişinlər orada olub, onlar təxminən 100 metr üzüb, sonra Rusiyaya qayıdıblar”, - deyə strukturun məlumatında qeyd olunub.

Əlavə olaraq bildirilir ki, bölgənin sərhəd komissarı hadisə ilə bağlı Rusiyanın Kareliya Respublikasının Suoyarvi rayonundan olan həmkarı ilə əlaqə saxlayıb və məlumat verib.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən