Bayden istefaya çağırıldı

 23:36 21.07.2024     282

“Cozef Bayden seçki yarışında iştirak etməyəcəksə, o, dərhal istefa verməlidir”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson "X" səhifəsindəki paylayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden seçki yarışından geri çəkilib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.