"Bizim üçün ABŞ-dəki prezident seçkiləri önəm daşımır"
"Bizim üçün ABŞ-dəki prezident seçkiləri yox, Ukraynadakı xüsusi hərbi əməliyyatların məqsədinə çatması daha çox önəm daşıyır".
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O həmçinin ABŞ-də prezident seçkisinə qalan müddət ərzində bir çox dəyişikliklərin baş verə biləcəyini ehtimal edib.
D. Peskov bundan sonra ABŞ-dəki seçki ətrafındakı hadisələri diqqətlə izləməyi məsləhət görüb.