Silahlı hücüm: ÖLƏNLƏR VAR

 09:19 22.07.2024     347

Nigeriyanın Benue əyalətində silahlı hücum baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Kastina-Ala bölgəsinin rəhbəri Castin Şəku açıqlama verib.

Məlumata görə naməlum şəxslər tərəfindən keçirilən hücumda 18 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Hücumdan sonra əyalət hökuməti tərəfindən bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Xatırladaq ki, daha öncə Nigeriyanın müxtəlif bölgələri də silahlı dəstələrin, həmçinin İŞİD kimi böyük terror təşkilatlarının hücumları ilə üzləşib.

Türkan İSGƏNDƏRLİ