14 yaşlı uşaq virus səbəbindən ÖLDÜ
Hindistanın Kerala əyalətinin səhiyyə orqanları 14 yaşlı uşağın "Nipah" virusundan ölməsindən sonra həyəcanlı vəziyyət elan edib.
Redaktor.az ştatın səhiyyə nazirinin sözlərinə istinadən xəbər verir ki, xəstəliyin yüksək risk qrupunda olan 60 nəfərdən ibarət əlavə siyahı müəyyən edilib.
Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və xəstəxanalarda xəstələrə baş çəkməmək kimi ehtiyat tədbirlərinə əməl etmələri istənilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nipah virusu donuz və yarasa kimi heyvanlardan insanlara keçən zoonoz xəstəlikdir. Çirklənmiş qida və yoluxmuş şəxslə təmas yolu ilə də ötürülə bilər. ÜST bu virusu epidemiyaya səbəb ola biləcəyinə görə prioritet patogenlər sırasına daxil edib.
Sevinc İBRAHİMZADƏ