İsrail humanitar ərazini VURACAQ
İsrail Müdafiə Qüvvələri (IDF) Xan Yunisdən şərqdə hərbi əməliyyat keçirmək üçün Qəzza zolağında humanitar zonanın sərhədini dəyişdirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
"Qəzza zolağındakı humanitar ərazidən İsrailə atılan raket nəticəsində ordakı insanların təhlükəsizliyi pozulacaq. Buna uyğun olaraq, humanitar sahədə düzəlişlər ediləcək. Xan Yunisdə qalan əhali Əl-Məvasidəki düzəliş edilmiş humanitar əraziyə təxliyyə edilsin. Çünki İsrail Qəzzadakı bu zonaya hrəbi əməliyyat təşkil edəcək. Biz mülki əhalini terror fəaliyyətləri və infrastrukturu üçün canlı qalxan kimi istifadə edən HƏMAS terror təşkilatına qarşı fəaliyyətini davam etdirəcək", - deyə bəyanatda qeyd edilib.
Türkan İSGƏNDƏRLİ