Rusiyada azərbaycanlı şəxs 7 ilədək həbs oluna bilər - SƏBƏBİ

 11:46 22.07.2024     291

Gömrük əməkdaşları Azərbaycandan “Tiffany” sırğaları ilə gələn sərnişini Samara Kurumoç hava limanında saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu vəziyyətlə bağlı Rusiya Federal Gömrük Xidmətinə məlumat verilib.

Həmin şəxs “yaşıl” dəhlizdən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə baxış keçirib və bəyan edilməmiş "Tiffany & Co" sırğalarını aşkar ediblər. Sırğalar 1,5 milyon rubl dəyərindədir. Bundan əlavə, turistin üzərində zərgərlik məmulatlarının orijinallığı və alınması haqqında sertifikatlar olub.

Məhsul almaz ucları olan 950 platin ərintisi, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir

Şəxs qaçaqmalçılığa görə yeddi ilədək həbs və 1 milyon rubla qədər cərimə ödəməli ola bilər.

Sevinc İBRAHİMZADƏ