Qocalar evində atışma oldu

 17:56 22.07.2024     312

Xorvatiyanın şimalındakı Daruvar şəhərində bir şəxsin qocalar evinə silahlı hücumu nəticəsində yaralananların sayı 6 nəfərə çatıb, onlardan biri xəstəxanada ölüb.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə HRT milli televiziyası məlumat yayıb.

Hazırda tibb müəssisələrinə yerləşdirilmiş 6 nəfərdən üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Respublikanın Baş naziri Andrey Plenkoviç, Prezident Zoran Milanoviç və faciənin baş verdiyi yerə gedən daxili işlər naziri Davor Bojinoviç həlak olanların ailələrinə başsağlığı veriblər.

Bundan əvvəl Xorvatiyanın Bеlоvаrskо-Bilоqоrskаya vilayətinin polis idarəsi qocalar evinə hücumda şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyib.

Qeyd edək ki, Xorvatiyanın Daruvar şəhərində bir nəfər qocalar evinə atəş açıb. Daha əvvəl 5 nəfərin öldüyü barədə məlumat verilmişdi.