Bu ölkədə güclü zəlzələ baş verdi
Panama sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 11 min nəfər əhalisi olan Panamanın Puerto-Armuelles şəhərindən 16 km cənubda yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.
Sunami, tələfat və dağıntılar barədə məlumat verilməyib.
T.İSMAYIL